Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edildi

Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edildi

Baxış sayı: 2. 099 dəfə baxılıb.

Gürcüstanda mayın 1-dən ictimai yerlərdə, o cümlədən, otellərdə, restoranlarda, kafe və barlarda siqaretin çəkilməsini qadağan edən qanun qüvvəyə minib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Yeni qaydalara görə, qadağaya məhəl qoymayan vətəndaş 100 lari (təx.70 manat), fərdi obyektin sahibi isə 500 lari (təx.350 manat) məbləğində cərimələnəcək. Qaydanın təkrar olaraq pozulmasına görə 1000 lari (təx. 700 manat) cərimə nəzərdə tutulub.

.
www.ÇıxışYolu.Com