Gürcüstanda məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər
Gürcüstanın ikinci ən böyük şəhəri olan Kutaisidə dövlət və özəl məktəblərin
şagirdləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.
Bu barədə Kutaisi şəhər meriyasından məlumat verilib.
Qeyd olunur ki, məktəblilərə ictimai nəqliyyatdan pulsuz istifadə üçün xüsusi
kartlar veriləcək.
“Bununla da 33 619 şagird bələdiyyə nəqliyyatından pulsuz istifadə edə
biləcək”, – deyə Kutaisi şəhər meriyasından bildirilib.
Mənbə: Sputnik Gurcustan