Gürcüstanda prezidentliyə müstəqil namizəd olan Salome Zurabişvili səslərin 98,25%-nin hesablanmasından sonra 38,6% səslə qalib gəlib.
ÇıxışYolu.Com Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı məlumat Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
Qeyd edilib ki, Zurabişvilinin rəqibi “Vahid milli hərəkat” partiyasından olan namizəd Qriqol Vaşadze 37,35% səs toplayıb. Bununla da, namizədlər 50 faizlik baryeri aşmamaqla ikinci tura keçiblər.
Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçirilib. Bu post uğrunda 25 namizəd mübarizə aparıb.