6c6148b8-99e5-4975-91d5-6ce3948ef132.jpg

Gürcüstanda prezidentin impiçment proseduru bərpa ediləcək

Baxış sayı: 229 dəfə baxılıb.

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası prezidentin
impiçmenti prosedurunu bərpa edəcək.

Cixisyolu.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin
sədri Şalva Papuaşvili bəyan edib.

Onun sözlərinə görə, konstitusiya qadağasına rəğmən hazırkı prezident Salome
Zurabişvili hökumətin icazəsi olmadan xaricə icazəsiz səfərlər edir.

Ş.Papuaşvili bildirib ki, yeni konstitusiya təklifi parlament seçkilərinə
qədər Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

Source link