Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvilini həbs edib.
Gürcüstanın Birinci kanalı xəbər verir ki, o, Tbilisidə iyunun 20-21-də keçirilmiş razılaşdırılmamış kütləvi aksiyaların təşkili və onlarda iştirakda şübhəli bilinir.
Sabiq nazirin həbsi haqqında Baş prokurorluq vəsadət qaldırmış, məhkəmə vəsadəti dəstəkləyərək, müdafiənin saxlanılanın girovla azadlığa buraxılması xahişini rədd etmişdi.
Əvvəlcə Okruaşvili Tiflis şəhər məhkəməsinə Rustavi-2 kanalına hüquqlarının tanınması haqqında iddia ərizəsi ilə müraciət etmişdi. Başqa məsələlərlə yanaşı sabiq nazir tələb etmişdi ki, kanalın əmlakına həbs qoyulsun ki, onu satmaq mümkün olmasın.
Okruaşvili 2004-2006-cı illərdə müdafiə naziri, Mixail Saakaşvilinin prezidentliyi dövründə isə DİN və İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etmişdi.
Xatırladaq ki, Gürcüstanda kütləvi etirazlar Rusiya deputatı Sergey Qavrilov Gürcüstan parlamentinin sədrinin kreslosuna oturandan sonra başlamışdı.
Parlamentin qarşısındakı mitinq dağıdılanda 240 nəfər zərər çəkmişdi.