Gürcüctanın DİN-nin mətbuat xidmətinin məlumatına görə, Tkibulidəki Mindeli adına kömürçıxarma mədənində altı nəfər həlak olub, 3 nəfər nəfər xəsarət alıb.
“Əvvəlcədən alınan məlumata görə, mədənin tunellərindən birində divarın deformasiyası baş verib və bunun nəticəsində tavan çöküb”, – mətbuat xidməti bildirib.
ÇıxışYolu.Com Gürcüstan KİV-ə istinadən xəbər verir ki, altı nəfər işçi hadisə nəticəsində yerindəcə ölüb.
Onlardan ən cavanının 26, ən yaşlısının 59 yaşı olub.
Xəsarət almış daha üç nəfər isə xəstəxanaya çatdırılıb.
“Hazırda hadisə yerində olan fəhlələr təhlükəsiz yerə çatdırılıblar”, – Gürcüstan DİN məlumat yayıb.
Baş verən hadisə ilə əlaqədar beş ilə qədər azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu, “dağ, tikinti və digər işlərin aparılmasında, insan ölümü və ya digər ağır nəticələrə gətirib çıxaran təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə təhqiqat başlayıb.