Gürcüstanda tanınmış bloqerin evində axtarış aparılır: Rəsmi qurumlara terror
mesajları göndərilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yalançı terror xəbərlərinin yayılması
işi ilə bağlı araşdırma çərçivəsində ölkədə tanınmış bloqer, ultrasağçı
“Alt-İnfo” təşkilatının üzvü Beki Vardosanidzenin evində və qarajında axtarış
aparır.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Terrorla Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı
bloqerin evindən məlumatların ötürülməsi üçün istifadə olunan müxtəlif kompüter
və elektron avadanlıqlar müsadirə olunub və ekspertlər tərəfindən yoxlanılacaq.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, konkret şəxsin
istifadə etdiyi elektron poçt ünvanından müxtəlif idarələrə içində terror
təhdidləri olan mesajlar göndərilib.
“Göstərilən istifadəçi Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər
Nazirliyinin Tbilisi Polis İdarəsinin və “İmedi” televiziya şirkətinin rəsmi
elektron poçtuna terror təhdidlərindən ibarət mesajlar göndərib. Mətndə
bildirilib ki, partlayıcı qurğu “Basiani” və “Bar Rati” klubunda, həmçinin Yeni
il tədbirləri çərçivəsində Rustaveli prospektində quraşdırılan səhnədə, eləcə
də ətraf ərazilərdə və müxtəlif avtomobillərdə yerləşdirilib”, – deyə məlumatda
bildirilib.
Faktla bağlı istintaq davam edir. Vardosanidze Dövlət Təhlükəsizlik Xidmətində
şahid qismində dindiriləcək.
Mənbə: “Sputnik” Gürcüstan