Gürcüstanda “Xarici agentlər haqqında” Qanuna qarşı keçirilən aksiyanın
iştirakçıları saxlanılıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları prokurorluq nümayəndələri ilə
birlikdə “Xarici agentlər haqqında” Qanuna qarşı keçirilən mitinqlər zamanı
iğtişaşlar törədən bir neçə nəfəri saxlayıblar.
Bu barədə Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvili jurnalistlərlə
keçirdiyi brifinqdə danışıb.
Məlumata görə, ümumilikdə altı nəfər həbs olunub. Onlar Gürcüstan paytaxtında
keçirilən nümayişlərdə vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanlarının
əməkdaşlarına hücum etməkdə və başqalarının əmlakına ziyan vurmaqda ittiham
olunublar.
Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında”
Qanunu ikinci oxunuşda qəbul edib. Sənədin lehinə 83, əleyhinə isə 23 deputat
səs verib.
Daha sonra Tbilisidə kütləvi etiraz aksiyası keçirilib və etirazçılar
parlament binasının girişlərindən birinə maneələr yaradıb və onun xidməti
girişindəki darvazanı sındırmağa cəhd ediblər. Nəticədə polis xüsusi
təyinatlıları nümayişçiləri saxlamağa başlayıb.
Mayın 13-də qanunvericilərin layihəyə üçüncü oxunuşda baxacağı gözlənilir.
Ölkənin hakim partiyasının üzvü Anri Oxanaşvilinin qeyd etdiyi kimi, hüquq
komitəsinin qarşıdakı iclasında yalnız qanunvericiliyə düzəlişlər müzakirə
olunacaq.
Mənbə: Gazeta.ru