Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər.
Bu barədə “Report”a Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyət Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib.
O, qeyd edib ki, Mədəniyyət Muzeyində əl ilə toxunan milli xalçalarımızın
yekunu ilə bağlı sərgi təşkil edilib. Layihə Gürcüstanın Mədəniyyət
Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
L.Əliyevanın sözlərinə görə, bir aylıq müddətdə Gürcüstanda yaşayan əcnəbilər
Azərbaycan xalçaları toxumağı öyrəniblər: “Xüsusilə Qarabağ və Borçalı
xalçalarımızın ornamentləri toxunub. Onların da əl işləri bu gün Azərbaycan
Mədəniyyət Muzeyində sərgilənib. Muzeydə milli mədəniyyətimiz, musiqimiz yüksək
səviyyədə təbliğ edilir”.