a20bbddf-df1a-4be7-bc9e-17282b33aa38.jpg

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Baxış sayı: 220 dəfə baxılıb.

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib.

“Report”un məlumatına görə, turistlər işğaldan azad edilmiş ərazilərdə
olduqları ilk gün Xankəndiyə səfər edəcəklər.

Oktyabrın 20-də isə onlar Ağdama və Şuşaya səfər edəcəklər. Səyahətçilər işğal
zamanı erməni qoşunlarının törətdiyi dağıntıları öz gözləri ilə görə biləcək,
həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış
olacaqlar.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana 30 nəfərdən ibarət üç səyahətçi qrup
gəlib. Onların səfərinin məqsədi regionda aparılan tikinti və bərpa işləri ilə
tanış olmaqdır.

Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa
çatacaq.

Source link