4fc7a481-ec93-491a-810f-4f45db051056..jpg

Gürcüstanın Baş naziri Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini bildirib

Baxış sayı: 463 dəfə baxılıb.

Gürcüstanın Baş naziri Azərbaycanla Ermənistan arasında birbaşa təmasları
dəstəklədiyini bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gürcüstanın qonşu dövlətlərlə – Azərbaycan və Ermənistanla çox sıx əlaqələri
və tərəfdaşlığı var”.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu
çərçivəsində keçirilən panellərdən birində bəyan edib.

O, Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini
vurğulayıb.

“Biz başa düşürük ki, regionda çoxlu oyunçular var. Azərbaycan və Ermənistan
liderlərinin bir-biri ilə ikitərəfli müstəvidə münasibətlər qurmaq istəmələri
ilə bağlı mövqelərini bilirəm. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur,
çünki bu qədər vasitəçi, bu qədər maraqlı tərəflə proses bəzən daha ziddiyyətli
olur. Ona görə də onlara uğurlar arzulayıram”, – deyə Qaribaşvili bildirib.

Gürcüstanın baş naziri tərəflərin tezliklə sülh sazişi imzalayacaqlarına
ümidini də ifadə edib.

Mənbə: “Sputnik” Gürcüstan

Source link