Gürcüstanın baş naziri Qiorqi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub göndərib.
ÇıxışYolu.Com xəbər verir ki, məktubda deyilir:
Zati-aliləri.
Gürcüstan hökuməti və xalqı adından Sizi və dost Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Biz Gürcüstan və Azərbaycan Respublikası arasında möhkəm dostluğa, həmrəyliyə və qarşılıqlı hörmətə söykənən, regionda sülhə, sabitliyə və iqtisadi tərəqqiyə xidmət edən yüksək səviyyəli əlaqələrə böyük əhəmiyyət veririk. İnanıram ki, mövcud uğurlu əməkdaşlığımızın genişlənməsi üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyik.
Zati-aliləri, fürsətdən istifadə edərək, bu əlamətdar gündə Sizə bir daha ən xoş arzularımı çatdırıram.