2922d00e-f9f7-48f7-b595-cd5c1f10b68e..jpg

Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlı ağsaqqallarla görüşüb – FOTO

Baxış sayı: 873 dəfə baxılıb.

Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlı ağsaqqallarla görüşüb – FOTO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneulidə Azərbaycanlı
ağsaqqallarla görüşüb.

AZƏRTAC xəbər verir ki, Marneulidəki “Çay Evi”ndə keçirilən görüşdə hökumət
başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü və
Azərbaycan xalqları arasında tarixən mövcud olan xüsusi dostluq
münasibətlərindən danışıb.

Baş nazir Gürcüstanın demokratik, iqtisadi inkişafında azərbaycanlıların
rolunu xüsusi qeyd edib.

Tədbirdə Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani,
Hökumət Administrasiyasının Regionlarla əlaqələr departamentinin rəhbəri Leri
Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın
Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin
prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının
sədri Amiran Qiorqadze, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və
Savalan Mirzəyev iştirak ediblər.

Source link