Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Novruz Məmmədovu Azərbaycanın baş nəziri təyin olunması münasibətilə təbrik edib.
ÇıxışYolu.Com xəbər verir ki, G. Kvirişavili özünün “Twitter” səhifəsində N. Məmmədova xoş arzularını çatdırıb.
“Azərbaycanın yeni təyin olunmuş baş naziri Novruz Məmmədovu ən xoş arzularımla təbrik edirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm”, – deyə təbrik müraciətində bildirilib.
Congratulations and best wishes to @NovruzMammadov – newly appointed Prime Minister of #Azerbaijan. Looking forward to working together to further deepen and strengthen strategic partnership and friendly relations between our nations.
— Giorgi Kvirikashvili (@KvirikashviliGi) 21 April 2018