Gürcüstanın baş naziri: “Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal
kontekstdə də olduqca vacibdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca
vacibdir”.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın
16-da Prezidentİlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında
söyləyib.
Sülh məsələlərinə xüsusi diqqət yetirilməli olduğunu, Gürcüstanın regionda
sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışdığını və bunu gələcəkdə də
davam etdirəcəklərini vurğulayan baş nazir, həmçinin, bildirib:
“Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji
əhəmiyyət daşıyır. Gələcək üçün çox böyük planlarımız var”.