Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.
ÇıxışYolu.Com “Sputnik-Qruziya”ya istinadən xəbər verir ki, bu barədə qurumun saytında dərc olunan bəyanatda deyilir.
Şotadzenin istefasını Tbilisidə baş prokurorluq binası qarşısında etiraz edən aksiya iştirakçıları həmçinin, məktəblilər arasında baş verən bıçaqlanmada həlak olan şagirdlərdən birinin atası tələb edirdi.
“Əminəm ki, ölkəmizdə gedən ədalətin bərpası prosesi davam edəcək və sona çatacaq. Mən sizin bu sözlərinizin düzgün olmasına inanmaq üçün bu gün istefa verirəm və əminəm ki, bu işlə bağlı ədalət bərqərar olacaq”, -deyə Şotadze bildirib.