7d9c6fae-8da1-4293-ba3c-4ab100170800.jpg

Gürcüstanın hakim partiyası Tbilisidə yekun seçki mitinqini keçirib

Baxış sayı: 232 dəfə baxılıb.

Gürcüstanda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası oktyabrın
26-na təyin edilmiş parlament seçkisi ərəfəsində Tbilisinin Azadlıq meydanında
minlərlə insanın iştirakı ilə mitinq keçirib.

Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, partiya liderləri Azadlıq meydanında
quraşdırılmış səhnədən seçicilərə müraciət ediblər.

Tədbirlə əlaqədar Azadlıq meydanında və Rustaveli prospektində nəqliyyatın
hərəkəti məhdudlaşdırılıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq tədbir
ərazisində çox sayda polis səfərbər olunub.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkisi keçiriləcək. 12
ildir hakimiyyətdə olan hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası
dördüncü dəfə qalib gəlməyə çalışacaq.

Source link