c95a5c55-f061-4497-b70d-c8cd37f52f5b..jpg

Gürcüstanın Prezident Administrasiyasının rəsmi saytına kiberhücum olub – YENİLƏNİB

Baxış sayı: 686 dəfə baxılıb.

Gürcüstanın Prezident Administrasiyasının rəsmi saytına kiberhücum olub –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Prezident Administrasiyasının rəsmi saytına kiberhücum olub.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kiberhücumun qarşısını alıb.

Bildirilir ki, DTX-nın Əməliyyat-Texniki Qurumunun Kibertəhlükəsizlik Mərkəzi
qısa müddətdə hücumu aşkar edib.

“Fövqəladə hallara cavab tədbirlərin həyata keçirilməsi nəticəsində qeyd
olunan kiberhücumun qarşısı alınıb və Prezident Administrasiyasının saytının
normal fəaliyyəti təmin edilib.

Sözügedən saytın digər boşluqlarının yoxlanılması, o cümlədən təqsirkarların
müəyyən edilməsi və növbəti hüquqi tədbirlərin görülməsi məqsədilə əlavə
araşdırmalar aparılır”, – deyə məlumatda bildirilib.

23:56

Gürcüstan prezidenti Salome Zurabişvilinin saytı xakerlər tərəfindən
sındırılıb.

Bununla bağlı “Sputnik-Gürcüstan” məlumat yayıb.

Məlumata görə, sayt hazırda işləmir, onu bərpa etməyə çalışırlar.

Öncə saytın səhifəsində yaşıl rəngdə kəllə sümüyü təsviri olub, daha sonra
“president.ge” saytı bağlanıb.

Source link