16a15486-e176-4ebc-8e62-cb395f6df8de..jpg

Gürcüstanın sabiq baş nazirinin müavini İlham Əliyevi təbrik edib

Baxış sayı: 492 dəfə baxılıb.

Gürcüstanın sabiq baş nazirinin müavini İlham Əliyevi təbrik edib

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Eka Tkeşelaşvili Prezidentİlham
Əliyevətəbrik məktubu ünvanlayıb.

Prezident.az

xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Sizi gözəl ölkənizin öz suverenliyini bərpa etməsi kimi tarixi nailiyyət
münasibətilə təbrik edirəm. Bu hadisə həm də tarixi ədalətin bərpa olunmasıdır.
Azərbaycan uzun illər işğaldan əziyyət çəkib, xeyli müddət yüz minlərlə
vətəndaşınız öz evlərinə qayıda bilməyib.

Təqdirəlayiq haldır ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir vaxtda Sizin
liderliyiniz və əzmkarlığınız sayəsində Azərbaycan suverenliyin və ərazi
bütövlüyünün bərpa oluna, hüquqları pozulmuş insanların inamı özünə
qaytarılmaqla işğala son qoyula və münaqişələrin həll edilə bilinəcəyi
presedentini yarada bildi.

İşğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ehtiyacla üzləşdikləri
böhranlı vaxtlarda Gürcüstan və Ukrayna kimi strateji tərəfdaşlara həmişə
dəstək olub.

Sizin Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin
edən, uğurlu multikultural və çoxmillətli cəmiyyət nümunəsi yaradan, eləcə də
regional və qlobal təhlükəsizliyə töhfə verən siyasətinizin nailiyyətlərini
görmək şərəfdir.

Sizə işlərinizdə uğurlar arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Source link