3239bfe2-48c7-4cbc-aa06-1a452c49d9a5.jpg

Gürcüstanın xarici səyahətçiləri Şuşaya gəlib

Baxış sayı: 183 dəfə baxılıb.

Gürcüstan səyahətçilərinin ikinci qrupu Şuşaya gəlib.

“Report”un məlumatına görə, nümayəndə heyətinin üzvləri Şuşanın görməli
yerlərini ziyarət edəcək, şəhərdə aparılan bərpa və tikinti işləri ilə tanış
olacaqlar.

Turistlər xüsusən Natəvan Sarayına, “Xan qızı” bulağına və Şahbulağa baş
çəkəcək, həmçinin Molla Pənah Vaqifin məqbərəsini və Cıdır düzünü ziyarət
edəcəklər.

Qeyd edək ki, Gürcüstandan üç qrup səyyah Qarabağa və Şərqi Zəngəzura gəlib.
Səfərdə məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.

Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa
çatacaq.

Daha çox foto burada: PhotoStock.az

Source link