Gürcüstanlı mənzil oğruları yenidən Bakıda peyda olublar

Gürcüstanlı mənzil oğruları yenidən Bakıda peyda olublar

Baxış sayı: 2. 323 dəfə baxılıb.

Gürcüstanlı mənzil oğruları yenidən Bakıda peyda olublar

Daxili işlər orqanları ötən günlər ərzində Bakıda şəxsi əmlakın qarət edilməsi üzrə 38 fakt qeydə alıb.

Onlardan altısının üstü açılıb. Bundan başqa, daha əvvəl törədilmiş üç oğurluq hadisəsinin cinayətkarları da müəyyənləşib. Ayın əvvəlindən paytaxtda 331 oğurluq hadisəsi qeydə alınıb, onun əksəri kiçik qarətlərdir.  

Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Xətai Rayonunun 34-cü Polis Bölməsinin əməkdaşları keçirdikləri operativ-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən cinayətkar qruplaşmanın üzvlərini saxlayıblar. Qrupun üzvlərindən biri Gürcüstan vətəndaşıdır. Bunlar Akif Vəliyev və David Qoqiçaişvilidir.

Sözügedən şəxslər mənzillərdən oğurluq etməklə məşğul olublar. Onlar sonuncu dəfə iyulun 27-dən avqustun 7-dək olan dövrdə oğurluq ediblər. Cütlük bu dövr ərzində Babək prospektində yaşayan Müşfiq Əmiraslanovun mənzilindən oğurluq etməkdə ittiham edilir. Onlar pullar, qızıl, qacetlər və digər əşyalar oğurlayıblar. Bu, onların mənzildən oğurluq etməkdə şübhəli bilindiyi yeganə hal deyil. Gürcüstanlı ev qarətçiləri yalnız qapı qıfılına uyğun açar seçmək yolu ilə mənzilə daxil olurlar. Onlar eyni qayda ilə M.Əmiraslonavun mənzilinə giriblər.

Bu arada, 12-ci Polis Bölməsinin əməliyyatçıları oğurluqda şübhəli bilinən 1988-ci il təvəllüdlü Sarıyev Tayfun Vahid oğlunu saxlayıblar. T.Sarıyev ötən aydan axtarışda olub. Xəzər rayon sakininin mənzilindən oğurluq edilib. Firuz İmanlı iddia edir ki, evindən 30 min manat məbləğində qızıl-zinət əşyaları və 700 manat pul oğurlanıb. Cinayətkar pəncərə barmaqlığını sındıraraq mənzilə girib.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova