Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.
“Report” xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda
törətdiyi dağıntılar, aparılan yenidənqurma və tikinti işləri ilə tanış olublar.
Bundan başqa, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər xiyabanını
ziyarət ediblər.
Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş
etdirilib.
12:04
Gürcüstandan olan bir qrup səyyah işğaldan azad edilmiş Xankəndi şəhərini
gəzib.
“Report” xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işləri ilə tanış
olublar.
Səyyahlar Qarabağ Universiteti və stadionu, tarixi və mədəniyyət abidələrini
ziyarət ediblər.
Qeyd edək ki, oktyabrın 17-də Gürcüstandan Azərbaycana üç qrup səyyah gəlib.
30 nəfərlik səyyahdan ibarət qrup bölgədə aparılan tikinti-bərpa işləri və
tarixi abidələrlə tanış olacaqlar.
Səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Daha çox foto burada: Photostock.az