Həsən Ruhani İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Həsən Ruhani İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baxış sayı: 2. 430 dəfə baxılıb.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham əliyevi dünən keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

ÇıxışYolu.Com xəbər verir ki, Həsən Ruhani İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu seçim Azərbaycan Respublikası xalqının hökumətin proqramlarını dəstəkləməsinin, həmçinin Sizin rəhbərliyinizlə ölkənizin inkişafı və rifahı yolunun davam etdirilməsində maraqlı olduğunun göstəricisidir.

Əminəm ki, xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafı prosesi hər iki ölkə rəsmilərinin birgə səyləri ilə bundan sonra da əzmlə davam etdiriləcəkdir.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və başucalığı arzulayıram”.

www.ÇıxışYolu.Com