UFC çempionatının rəhbəri Deyna Uayt rusiyalı Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla mümkün döyüşü barədə danışıb.
ÇıxışYolu.Com “Fighting”a istinadən xəbər verir ki, o, bu döyüşün keçirilib-keçirilməməsi məsələsinin ABŞ-ın Nevada ştatının Atletika Komissiyasının iclasından asılı olduğunu bildirib.
“Baxaq görək necə alınacaq. Biz hələ Nevadanın Atletika Komissiyasının iclasında iştirak etməmişik. İclas keçirilsin, sonra baxaq necə olacaq. Hər şey cəzaların müddətindən asılı olacaq. Hər şey qaydasında olsa, döyüş baş tutacaq”, – deyə Uayt qeyd edib.
O həmçinin bildirib ki, növbəti döyüşdə H. Nurməhəmmədovun rəqibi Maks Hollouey və Toni Ferqyusson ola biləcək.