Həbibin təşkilatında çempion olan azərbaycanlı: “Kəməri çoxdan gözləyirdim” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Kəmərlə Azərbaycana qayıtmaq, bayrağımızı qaldırmaq hissini ancaq qələbə
qazananlar bilər. Mən də kəməri çoxdan gözləyirdim”.
Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycanlı MMA döyüşçüsü, “Eagle FC”nin
yeni çempionu Ramin Sultanov deyib.
“Eagle FC 54” turniri çərçivəsində rusiyalı Maqomed Kurbanovla görüşdə dörd
raund davam edən döyüşün sonunda qalib gələn həmyerlimiz öz çempionluq yolundan
bəhs edib:
“Mən inanmasaydım, bəlkə də, döyüşməzdim. Hər döyüşə çıxanda özümə inanıram.
Planımız başqa cür idi. Həmişə döyüşün beş raund davam edəcəyini fikrimdə
tuturam. Çünki əgər rəqibin üzərinə tez hücum etsəm, gücüm qalmayacaq”.
Döyüşçümüz daha da yüksəklərə qalxmaq, Azərbaycanda tarix yazmaq istədiyini
söyləyib.
Qeyd edək ki, Ramin Sultanov MMA karyerası ərzində keçirdiyi doqquz döyüşdə
qələbə qazanıb, cəmi bir dəfə məğlub olub.
Ətraflı süjetdə: