029114b6-6ef5-494a-a609-ef8b5bc23b98..jpg

Həbs edilən azərbaycanlı MMA döyüşçüsü vacib beynəlxalq yarışda iştirak etməyəcək

Baxış sayı: 490 dəfə baxılıb.

Həbs edilən azərbaycanlı MMA döyüşçüsü vacib beynəlxalq yarışda iştirak
etməyəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmovun Yaponiyada gözlənilən döyüşü təxirə
salına bilər.

Fevralın 24-də Yaponiyanın Saqa şəhərində keçiriləcək “Rizin Landmark 8”
turnirinin iştirakçıları arasında Azərbaycanın qarışıq döyüş növləri üzrə
idmançısı Vüqar Kərəmov da qüvvəsini sınayacaqdı.

Vüqar Kərəmov (66 kiloqram) yaponiyalı Kasumasa Madjuma ilə döyüşəcəkdi. Lakin
döyüş baş tutmaya bilər.

Buna səbəb fevralın 1-də Vüqar Kərəmovun barəsində xuliqanlıq ittihamı ilə 1
ay 26 günlük həbs qətimkan tədbirinin seçilməsidir.

Turnirin təşkilatçıları V.Kərəmovun iştirakı, ona texniki məğlubiyyət
verilib-verilməyəcəyi ilə bağlı hələlik heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan
Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman
Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir
vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham ediliblər.

Source link