Həbs edilən fermerin çobanı ona qarşı 45 minlik dələduzluq etdi – MƏHKƏMƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Səlimovun
(şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına
vermə qətimkan tədbiri ləğv olunub, həbs qətimkan tədbiri seçilib və Cavid
Səlimov məhkəmə zalında həbs edilib.
İttihama görə, 2022-ci ildə heyvandarlıqla məşğul olan zərərçəkmiş Fərrux
Qarayev (şərti) təqsirləndirilən Cavid Səlimova saxlanılması və artırılması
üçün dəyəri 44 680 manat olan mal-qara, ev quşları verib. Daha sonra
zərərçəkmiş həbs edilib və təqsirləndirilən şəxs də bundan istifadə edərək
həmin mal-qara, ev quşlarını sataraq dələduzluq edib.
Hadisədən sonra Cavid Səlimov cinayət məsuliyyətinə cəlb edilib, barəsində
polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.