9adf5136-8978-4673-aebf-913bf8da52c4..jpg

Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb

Baxış sayı: 1. 018 dəfə baxılıb.

Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük
xidməti general-mayoru Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna
daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük
general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

APA xəbər verir ki, Məsum Rəsulov və Ehtiram Xəlilov ittiham olunduqları
dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödəyiblər.

Məhkəmə tərəfindən müdafiəçilərin vəsatətləri təmin edilərək onların barəsində
ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda barələrində cinayət işi davam
edir.

Qeyd edək ki, gömrük generalları külli miqdarda mənimsəmə cinayətlərində
təqsirləndirilir.

Source link