Həbs edilən güneyli milli fəalın səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təbrizdə ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasından
olan güney azərbaycanlı milli fəal Həmid Yeganəpur dünən ürək xəstəliyinin
kəskinləşməsinə görə xəstəxanaya köçürülüb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə milli fəalın
ailəsi xəbər verib.
Bildirilir ki, təhlükəsizlik qüvvələri onun ailəsinə zəng edərək milli fəalın
xəstəxanaya aparıldığını bildiriblər. Ancaq onun səhhəti barədə dəqiq məlumat
yoxdur.