a1ab9494-376a-408d-9803-a6955e57c66f..jpg

Həbs olunan prodüser Təranə Səmədova övladları ilə bağlı ərizə yazacaq – FOTO

Baxış sayı: 988 dəfə baxılıb.

Həbs olunan prodüser Təranə Səmədova övladları ilə bağlı ərizə yazacaq – FOTO

Həbs olunan tanınmış prodüser Təranə Səmədova övladlarının qəyyumluğa
verilməsi ilə bağlı ərizə yazacaq.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat
verib:

“Bir neçə gün öncə Təranə ilə danışığımız olub. Bildirib ki, uşaqların bizim
qəyyumluğumuza verilməsinə görə ərizə yazacaq”.

Kəmalə Ağazadə prodüserin azyaşlı qızının çəki probleminin artıq düzəldiyini,
böyük qızının isə növbəti həftədən dərslərinə davam edəcəyini bildirib:

“Balaca qız anasından ayrı qaldığı üçün kürlük etmir. Uşağın qidalanmasında,
inkişafında nə lazımdırsa, edirik. Hər şey qaydasındadır. Gələn həftədən
etibarən Təranənin böyük qızı Suel məktəbə gedəcək. Qiymətləndirmə Sosial
Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Uşaqlarla bağlı yetərincə iş
aparılır. Hələlik istintaq-məhkəmə dövründə uşaqlar bizim sığınacaqda
qalacaqlar”.

Birlik sədri əlavə edib ki, Təranənin uşaqlarını himayəsinə almaq istəyən
müğənni Rəqsanə hər gün uşaqlarla bağlı məlumatlar alır.

Qeyd edək ki, bu, Təranə Səmədovanın ikinci həbs həyatıdır. Birinci dəfə
insan alverinə görə təqsirləndirilən prodüser iki qadını fahişəliyə cəlb
etməkdə ittiham olunub. Hazırda isə o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu
ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Şəlalə Babayeva

Source link