Həbs olunan prokurorun yerinə yeni təyinat

Həbs olunan prokurorun yerinə yeni təyinat

Baxış sayı: 2. 291 dəfə baxılıb.

Həbs olunan prokurorun yerinə yeni təyinat

İsmayıllıya yeni prokuror təyinat alıb.

Bu barədə ÇıxışYolu.Com-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, təyinat barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası Tural Yusifova tapşırılıb. O, əvvəllər baş prokurorun böyük köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com