504d6a52-14b7-4ee5-a145-47246f2d8284..jpg

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Baxış sayı: 653 dəfə baxılıb.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi,
general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi
ilə bağlı məhkəməyə müraciət edib.

APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin
Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı
müraciətinin geri qaytarıldığı bildirilib.

Buna səbəb kimi onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi
göstərilib. Qeyd olunub ki, qanuna əsasən, ciddi rejimli müəssisədən məntəqə
tipli cəzaçəkmə müəssisəsinə köçürülmə mümkün deyil.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin
hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun
rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi
haqqında qərar qəbul edib.

E.Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin yeddi milyon manatlıq mülki
iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin
müsadirə olunması barədə də qərar qəbul edilib.

Source link