437a24e3-8705-44fe-83c6-876ffd48c58a..jpg

Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb

Baxış sayı: 802 dəfə baxılıb.

Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik
maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin anası tərəfindən gətirilən sovqata
baxış keçirilən zaman orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş
ümumi çəkisi 0,323 qram olan narkotik maddə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Source link