395995db-38e7-4e27-9b8c-92a33a8246d9..jpg

Həbsdə olan sabiq hakimin yenidən məhkəməsi başladı

Baxış sayı: 544 dəfə baxılıb.

Həbsdə olan sabiq hakimin yenidən məhkəməsi başladı

Ali Məhkəmədə Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakimi, dələduzluqda
ittiham edilən Lətif Nəbiyev barəsindəki hökmdən verilən kassasiya şikayəti
üzrə məhkəmə iclası başlayıb

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum
edilib. Bakı Apellyasiya Məhkəməsi sabiq hakimin cəzasını 4 il 6 aya endirib.

Qeyd edək ki, keçmiş hakim külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham
olunub. İttihama görə, o, zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar,
Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. L.Nəbiyev R.Abdullayevdən
pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin
pulunu Bakıda dəniz kənarında torpaq əldə etmək məqsədilə alaraq dələduzluq
edib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan
vurmaqda) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, 2008-ci ildə
Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin statusundan və vəzifə
səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə
görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha
sonra prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Source link