e0644e37-e72b-4353-a56e-6af876ba3ce1..jpg

Həbsdə olan sabiq vəzifəli şəxsin ailəsinə dələduzluq edən şəxslərdən xəbər var

Baxış sayı: 693 dəfə baxılıb.

Həbsdə olan sabiq vəzifəli şəxsin ailəsinə dələduzluq edən şəxslərdən xəbər var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət nəfəs alətləri orkestrinin sabiq bədii rəhbəri Lütfi
Qədirovun ailəsinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Xanlar Məlikov və
Əlifəttah Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə
məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində
keçiriləcək ilkin hazırlıq iclası martın 12-nə təyin edilib.

Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii
rəhbəri olmuş Lütfi Qədirov və Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş
Nəzakət Zairova külli miqdarda dələduzluqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lütfi Qədirov 11 il azadlıqdan
məhrum edilib, Nəzakət Zairovaya isə şərti cəza verilib.

İş üzrə istintaq dövründə Lütfi Qədirova daha yüngül cəza təyin olunması və ya
həbsdən azad edilməsinə kömək etməsi üçün ailəsi tərəfindən əvvəllər
hüquq-mühafizə orqanlarında işləmiş Xanlar Əliyevə 52 500 manat pul verilib.

Razılaşmaya görə, Lütfi Qədirov azadlığa buraxılacağı halda Xanlar Əliyevə
daha 50 min manat veriləcəkmiş.

İstintaq zamanı məlum olub ki, Lütfi Qədirovun qardaşı Şirxan Qədirov Xanlar
Əliyevlə sinif yoldaşı Əlifəttah Əliyev vasitəsilə tanış olub.

Lütfi Qədirov 11 il azadlıqdan məhrum edildikdən sonra ailəsi dələduzluqla
üzləşmələri barədə prokurorluğa müraciət edib.

Xanlar Məlikov və Əlifəttah Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2
(Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə
iştirak) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanlar Məlikov 8 il müddətinə
azadlıqdan məhrum edilib. Əlifəttah Əliyevə isə 8 min manat cərimə cəzası təyin
olunaraq şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı
apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin dövlət ittihamçısının
protestini əsaslı hesab edib. İttiham olunan Əlifəttah Əliyev barəsində 8 min
manat cərimə edilərək şərti cəza təyin olunması ilə bağlı hökm ləğv olunub.
Qərara əsasən, Əlifəttah Əliyevə 5 il 6 ay həbs cəzası verilib. O, məhkəmə
zalında həbs olunub. Müdafiə tərəfinin şikayətləri isə təmin olunmayıb. Daha
sonra onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib, lakin
şikayətlərini geri götürüblər. Ali Məhkəmədə yenidən baxılan iclasda bildirib
ki, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilib.

Source link