2ff65807-4464-4306-8eca-82099c3ad6aa.webp

Həbsdən çıxan ata oğlunu yenidən GÜLLƏLƏDİ

Baxış sayı: 179 dəfə baxılıb.

Astarada atanın oğlunu güllələməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin təşvişə düşdüyü, ailə üzvlərinin isə evi tərk etdikləri
bildirilir. Sığaloni kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki,
hüquq-mühafizə orqanları ilə birlikdə hadisə yerinə gəldikləri zaman Hüseynov
Ağaşir oradan qaçmışdı:

“Hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam edir. 2020-ci ildə ata
ilə oğlunun aralarında mübahisə yaranmışdı. Ağaşir Hüseynov öz oğlunu diz
nahiyəsindən güllələmişdi. Bundan sonra ona 3 il həbs cəzası verildi. Lakin
həbsdən çıxdıqdan sonra hadisə təkrar baş verdi”.

Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılan xəstənin
vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Ətraflı Baku TV-nin süjetində:

Həbsdən çıxan ata oğlunu yenidən GÜLLƏLƏDİ
Həbsdən çıxan ata oğlunu yenidən GÜLLƏLƏDİ

Source link