20747036-595b-42f8-835f-f9967222bb64..jpg

Həbsdən çıxan Atambayev Qırğızıstanı tərk etdi

Baxış sayı: 935 dəfə baxılıb.

Həbsdən çıxan Atambayev Qırğızıstanı tərk etdi

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev ölkəsini tərk edərək xaricə
yollanıb.

Bu barədə respublikanın keçmiş rəhbərinə yaxın mənbə bildirib.

Bildirilir ki, Atambayev Bişkekdən təyyarə ilə BƏƏ-yə uçub, oradan da
İspaniyaya getməyi planlaşdırır.

“İspaniyada o, diaqnostik müayinədən keçəcək və müvafiq müalicə kursu alacaq”,
– deyə mənbədən əlavə edilib.

Qeyd edək ki, A.Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı
müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Dünən o,
həbsdən azad edilib .

Atambayevin özü Qırğızıstana qayıtma tarixinin həkimlərin diaqnozundan asılı
olduğunu bildirib. O, müalicədən sonra sağalması üçün müəyyən vaxt lazım
olmasını istisna etməyib. Bununla belə, o, vətənə qayıtmaq niyyətində olduğunu
vurğulayıb.

Mənbə: TASS

Source link