Həbsdən çıxan Usman Sonko Seneqalın baş naziri oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Böhtana görə həbs olunan Usman Sonko Seneqalın yeni baş naziri olub. O və
prezident seçkisində qalib gələn müxalifət namizədi Bassir Diomai Fay bir neçə
həftə öncə həbsdən azad ediliblər.
Sonko Seneqalın keçmiş prezidenti Maki Sallın kəskin əleyhidarıdır.
Yeni baş nazir həbs cəzasına məhkum edildiyi üçün martın 24-də keçirilən
prezident seçkisində iştirakdan kənarlaşdırılmışdı.
O, hər hansı bir qanun pozuntusunu rədd edib və tərəfdarlarını Faya səs
verməyə çağırıb. Bununla da Sonko özünə yüksək vəzifə qazanıb.
Mənbə: octagon.media