5858029c-43a2-42c9-b470-6f2c499f4682..jpg

Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri həbs olunub – YENİLƏNİB

Baxış sayı: 580 dəfə baxılıb.

Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri həbs olunub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov həbs
olunub.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan
şikayət əsasında Teymur Kərimov polis əməkdaşları tərəfindən həbs olunub və
barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə
cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Teymur Kerimov barəsində dörd aylıq
həbs qətimkan tədbiri seçilib.

12:52

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis
əməkdaşları tərəfindən saxlanılıb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, dekabrın 11-də bir neçə vətəndaşdan daxil
olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu
ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.

Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı
İbrahim Əmiraslanlı təsdiqləyib.

Source link