Həftənin ilk gününə olan hava proqnozu açıqlandı

Həftənin ilk gününə olan hava proqnozu açıqlandı

Baxış sayı: 2. 059 dəfə baxılıb.

Həftənin ilk gününə olan hava proqnozu açıqlandı

Azərbaycanda həftənin ilk gününə gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ÇıxışYolu.Com-a verilən məlumata görə, sabah, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. 

Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17°, gündüz 21-24° təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq. Lakin Naxçıvan Muxtar Respublikasının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24°, dağlarda gecə 4-9°, gündüz 13-18° isti təşkil edəcək.

www.ÇıxışYolu.Com