Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı

Baxış sayı: 2. 256 dəfə baxılıb.

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı

Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-24°, gündüz 25-29° isti olacaq.

Abşeron yarımadasının şimal və cənub çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olmaları tövsiyə edilir.

Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Cənub və şima-qərb bölgəsində gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

www.ÇıxışYolu.Com