9c1b3d73-81c3-4e41-88d7-7a89eb939cbf..jpg

Həftəsonu Azərbaycanda 27,6 kiloqrama yaxın narkotik aşkarlanıb

Baxış sayı: 872 dəfə baxılıb.

Həftəsonu Azərbaycanda 27,6 kiloqrama yaxın narkotik aşkarlanıb

Həftəsonu Azərbaycanda aşkarlanan narkotik maddələrin çəkisi açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Cixisyolu.com-a bildirilib ki, yanvarın
28-29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində
ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq
heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram
metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə
məlumatda qeyd olunub.

Source link