Həftəsonu ölkə ərazisində silah-sursat aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Həftəsonu (martın 16-da və 17-də) ölkə ərazisində doqquz qumbara və iki
avtomat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin müddətdə polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında iki avtomat silahı, bir tapança, doqquz qumbara, 14
tüfəng və 248 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.