Həkim: Bud-çanaq oynağı problemləri geniş yayılıb

Həkim: Bud-çanaq oynağı problemləri geniş yayılıb

Baxış sayı: 3. 049 dəfə baxılıb.

Koksartroz – bud-çanaq oynağı xəstəliyi daha çox regionlarda qeydə alınır. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov deyib. 

O bildirib ki, hazırda bununla bağlı səhiyyə sahəsində müəyyən tədbirlər görülür: 

“Azərbaycanda bud-çanaq oynağı problemləri kifayət qədər geniş yayılıb. Bu, yaş təbəqəsinə daha çox uşaqlar daxildir. Valideynlərə müraciət edirəm ki, bu xəstəliyin daha da ağır vəziyyətə, yəni əməliyyat prosesinə gətirilməməsi üçün öz uşaqlarını erkən diaqnostika etdirsinlər.

Burada qorxulacaq heç nə yoxdur. Əgər erkən diaqnostika olunarsa, ağır əməliyyatlara o qədər də ehtiyac olmayacaq”.

.
www.ÇıxışYolu.Com