b18001c8-5944-4341-bba0-fd4969986ff4..jpg

Həkim-metodist: “Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər”

Baxış sayı: 640 dəfə baxılıb.

Həkim-metodist: “Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski
arta bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər.
Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı
yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə
siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Afət Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, doğuş zamanı da problemlərlə rastlaşmaq ehtimalı var:

“Çünki yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı üçün
obstruktiv doğuş, yəni doğuş sancıları olsa da, dölün irəliləyişi müşahidə
edilmir. Ləng doğuş, qanaxma kimi fəsadlara da bu yaşda daha tez-tez rast
gəlinə bilər”.

A.Məmmədova bildirib ki, yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da
tez-tez müşahidə olunur:

“Yeniyetmə və erkən yaşlarda hamiləlik zamanı qan təzyiqinin qalxması
(hipertoniya), qan azlığı (anemiya) kimi vəziyyətlərin baş vermə ehtimalı
yüksəkdir. O cümlədən, hamiləlik zamanı müşahidə olunan preeklampsiya
patalogiyasına da yeniyetmə yaşlarında baş verən hamiləlikdə rast gəlmə
ehtimalı var. Preeklampsiya – hamiləliyin II trimestrində qan təzyiqinin
qalxması və sidiklə zülalın itirilməsi (proteinuriya) ilə müşayiət olunan
vəziyyətdir. Bəzən ana və körpənin sağlamlığı və həyatı üçün təhlükə yarada
bilər”.

Source link