Həkim: Orqan köçürülməsi ilə bağlı qanuna yenidən baxılmalıdır

Həkim: Orqan köçürülməsi ilə bağlı qanuna yenidən baxılmalıdır

Baxış sayı: 2. 696 dəfə baxılıb.

Azərbaycanda 2008-ci ildən indiyə qədər 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi deyib.

M.Kazımi əlavə olaraq qeyd edib ki, bu il ərzində yeddi xəstəyə qaraciyər, 32 xəstəyə böyrək köçürülüb: 

“Ötən il və bu il isə ümumilikdə iki xəstəyə çarpaz orqan köçürülməsi əməliyyatı icra edilib. Əməliyyatlardan sonra xəstələrdə ciddi fəsadlar qeydə alınmayıb”.

Bundan əlavə, meyitlərdən orqan köçürülməsi mövzusuna da toxunan transplantoloq bu məsələ ilə əlaqədar qanunun artıq mövcud olduğunu da vurğulayıb:

“Həmin qanunla meyit orqanlarının transplantasiyasına icazə verilir. Amma orada kimlərin və hansı hallarda donorları olacağı barədə bəzi nüanslar var. Həmin qanuna yenidən baxılıb-işlənilməsi lazımdır. Çünki orqan köçürülməsinin yalnız tibbi tərəfi deyil, həm də hüquqi tərəfləri mövcuddur”.

.
www.ÇıxışYolu.Com