76483b84-8295-499c-9cd7-115b683e4aac..jpg

Həkim süd vəzi xərçəngi xəstələrinə çağırış edib – FOTO

Baxış sayı: 634 dəfə baxılıb.

Həkim süd vəzi xərçəngi xəstələrinə çağırış edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün hələ də süd vəzi xərçəngini protokola uyğun müalicə etdirməyən
xəstələr var”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya
kafedrasının dosenti Həqiqət Vəliyeva Bakıda keçirilən II Beynəlxalq Bakı Süd
Vəzi Xərçəngi Konqresində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün hətta xalq təbabəti ilə xərçəngi sağaldan, ixtisasa
uyğun olmayan işlə məşğul olub diaqnoz qoyan, müalicə edən, eləcə də bir
başqasının əməliyyat nəticəsini özününkü kimi təqdim edənlər də var.

H.Vəliyeva söyləyib ki, ölkədə hələ də süd vəzi xərçəngi ilə əlaqəli
mastektomiya hallarının sayı çoxdur:

“Digər ölkələrlə müqayisədə port az sayda xəstələrə qoyulur. Kontrol müşahidə
dövründə də müəyyən problemlər var”.

Source link