0f71ffd8-960e-43c5-9916-1916508b45ff..jpg

Həkim-terapevt immuniteti nəyin zəiflədə biləcəyini AÇIQLADI

Baxış sayı: 674 dəfə baxılıb.

Həkim-terapevt immuniteti nəyin zəiflədə biləcəyini AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İmmunitet sisteminin zəifləməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, həm
xroniki iltihabi xəstəliklər, həm autoimmun xəstəliklər. Bunlarla bağlı
istifadə edilən dərmanlar, həmçinin qeyri-sağlam həyat tərzi və qidalanma da
immun sisteminin fəaliyyətinə təsir edir”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
terapevt Zakir Quliyev nazirliyin rəsmi “Instagram” səhifəsində izləyici
suallarını cavablandırarkən qeyd edib.

Onun sözlərinə görə, immun sisteminin hüceyrələrinin effektiv fəaliyyəti üçün
onların zəngin maddələrlə yaxşı təmin olunması mütləqdir:

“Buna görə də karbohidratlar, şəkər və qırmızı ət, aşağı lifli rafinə edilmiş
məhsullar, doymuş yağlarla zəngin, çox duzlu, qatqılı qidalar və qablaşdırılmış
məhsulların həddindən artıq istifadəsi immun sistemini zəiflədə bilər. Bu cür
məhsulların tez-tez və həddindən artıq istifadəsi orqanizmdə iltihabın
artmasına, xəstəliklərin inkişafına səbəb olur. Ona görə vitaminlər, mineral və
antioksidantlarla zəngin meyvə və tərəvəzlərdən daha çox istifadə etmək və qida
rasionuna əlavə etmək lazımdır.

Məsələn, taxıl məhsulları, liflə zəngin tərəvəzlər, probiotiklə zəngin qatıq
kimi süd məhsullarının istifadəsi həm də bağırsaq mikroflorasına təsir edərək,
orqanizmin infeksiyalara qarşı müdafiəsini dəstəkləyir”.

Zakir Quliyev onu da qeyd edib ki, burada insanın həyat tərzi də önəmlidir:

“Yuxu rejiminin qaydasında olmaması, daimi stres, alkoqol və nikotin
istifadəsi, hərəkətsizlik insanın immun sisteminə mənfi təsir göstərir. Düzgün
qidalanma və sağlam həyat tərzi infeksiyalardan qorunmaqda kifayət etməsə belə,
immun sistemimizi daha yaxşı müdafiə üçün gücləndirir, əhval-ruhiyyəmizə və
orqanizmimizə yaxşı təsir göstərir”.

Könül Cəfərli

Source link