Həkimlər fındığa qarşı allergiyanı ölümcül xəstəlik olaraq qəbul etdilər

Baxış sayı: 1. 810 dəfə baxılıb.

Həkimlər fındığa qarşı allergiyanı ölümcül xəstəlik olaraq qəbul etdilər

ABŞ-ın Kolorado ştatında həkimlər doqquz yaşlı xəstə qıza toksik şok diqnozu qoyaraq qoz-fındıq allergiyası ilə səhv salıblar.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Avqust ayında Qabriella Bondi valideynlərinə dərisinin həddindən artıq quruması barədə şikayət edib və onu həkimə aparıblar. Həkimlər bunun qoz-fındığa qarşı yüngülvari allergik reaksiya olduğunu söyləyib. Ancaq bir neçə gündən sonra qızın saçları tökülməyə başlayıb və bədəni ağrılı qırmızı səpkilərlə örtülüb.

Uşağın 35 yaşlı anası Kristin Bondi-Serrato (Christine Bondi-Cerrato) qızı təcili yardıma aparıb. Orada ona həyati təhlükəli diaqnoz – toksik şok sindromu diaqnozu qoyulub.

Belə təhlükəli toksinlər buraxan və daxili orqanlara təsir edən bakteriyaların qan dövranına keçməsi nəticəsində həyat şərtləri üçün təhlükəli hal meydana gəlir. Xəstəliyin əsas əlamətlərindən biri səpkilərdir.

Qız antibiotik müalicəsi alıb və demək olar ki, sağalıb.