Britaniyanın Solsberi şəhər xəstəxanasında müalicə alan keçmiş rusiyalı casus Serqey Skripal sağalmaq üzrədir, artıq ağır vəziyyətdə deyil.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə xəstəxananın rəsmisi açıqlama verib.
“Martın 4-də Solberidəki insidentdən sonra bir pasiyent (60 yaşlı kişi) xəstəxananın palatasında qalmaqdadır… O artıq sağalma üzrədir və ağır vəziyyətdə deyil”, – deyə məlumatda qeyd olunur.
Habelə xəstəxana nümayəndəsi Skripalın müalicə prosesinin təfərrüatına varmayıb.